Bank VTB (Azərbaycan) ödəniş kartları üzrə aksiyaya start verib


6 August 2019
PRESRELIZ-LOUNGE-KEY.jpg

 Bank VTB (Azərbaycan) Mastercard Black Edition kart   istifadəçiləri üçün aksiyaya başlayıb.  Akisyanın şərtlərinə   əsasən, 18 sentyabr 2019-cu il tarixinədək bank VTB  (Azərbaycan)-ın Black Edition kartı vasitəsilə ən azı 500 manat dəyərində aviabilet alan kart   istifadəçisi Lounge Key proqramı üzrə istənilən hava limanının biznes-zallarına 2 pulsuz   giriş əldə edir. Lounge Key - dünyanın bir çox şəhərlərinin, o cümlədən Bakının hava limanında mövcud  olan 1000-dən çox biznes-zallarından istifadə imkanı verən beynəlxalq xidmətdir. Proqram   sayəsində istifadəçi, aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq yüksək rahatlıq  üçün hər bir şəraitlə təmin olunmuş zaldan yararlana bilir.  Bank VTB (Azərbaycan)-ın Mastercard Black Edition premium kartı geniş çeşiddə   imtiyazlara sahibdir. Bura hava limanlarında özəl xidmət, səyahət edənlər üçün təcili tibbi   xərclər, qış idman növləri, reysin gecikməsi və digər xərcləri əhatə edən sığorta proqramı,  konsyerj və digər xidmətlər daxildir.  Kart müştərilərə dörd valyutada – manat, rubl, dollar, avroda əməliyyatlar həyata keçirməyə imkan verir. Belə olan halda konvertasiyaya görə komissiya nəzərdə tutulmayıb. Kartın bütün hesabları üçün xaricdə 100 manatdan (və ya xarici valyuta ekvivalenti) artıq nağdsız əməliyyat zamanı 1% məbləğində Cash Back bonus proqramı nəzərdə tutulub.



Geriyə