VTB (Azərbaycan) müştərilərinə səyahət qazanmaq şansı verir


30 July 2019

PRESRELIZ-MASTERCARD-AKSIYA.jpg

  VTB (Azərbaycan) Mastercard ödəniş sisteminin kart istifadəçiləri üçün aksiyaya start verir. Aksiyanın şərtlərinə   əsasən VTB (Azərbaycan) kartı vasitəsilə 20 manat məbləğindən başlayaraq ən azı 3 nağdsız ödəniş həyata   keçirən müştərilər qiymətli hədiyyələr qazana bilər. Belə ki, daha çox ödəniş edən üç müştəri qalib olacaq və   müvafiq olaraq Bakı-Moskva-Bakı (və ya Bakı-Sankt-Peterburq-Bakı) istiqamətində aviabilet, restoranda şam   yeməyi, eləcə də onlayn-hüquqşünas (və ya bankın 125 manatadək olan istənilən xidməti) xidmətinə illik abunəlilik  kimi hədiyyələr əldə edəcək.  Nağdsız əməliyyatları həm Azərbaycan ərazisində, həm xaricdə, ticarət nöqtələrində və elektron kommersiya   vasitəsi ilə həyata keçirmək mümkündür. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin   ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq. Aksiya 18 sentyabr 2019-cu il tarixinədək etibarlıdır. Qalib aksiya başa çatdıqdan sonra 10 iş günü ərzində müəyyənləşəcək.

 


Geriyə