Bank VTB (Azərbaycan)-ın kollektivi qanvermə aksiyası keçirib


24 June 2019

_MG_5584.jpg Bank VTB (Azərbaycan) Talassemiya mərkəzi, eləcə də Hematologiya və trаnsfuziologiya institutu   ilə birgə talassemiyadan əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyasını keçirib.

 Qanvermə aksiyası VTB (Azərbaycan)-ın baş ofisində keçirilib. Aksiyada bankın 40 əməkdaşı   iştirak edib. Nəticədə 10 litrdən çox qan yığılıb.

 “Bankımız müntəzəm olaraq korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir sıra layihələr   həyata keçirir. Qanvermə aksiyası bankımızda ilk dəfə keçirilmir. Bu dəfə o, “Biz sizinləyik” adlı şüar  altında reallaşdırılıb. Talassemiyadan əziyyət çəkən xəstələrin sistematik olaraq qan   köçürülməsinə ehtiyacları var. Biz bu xəstəliklə mübarizə aparan hər kəsə öz dəstəyimizi   göstərmək istəyirik. Belə tədbirlərlə biz onlara kömək etmək imkanı qazanırıq”- deyə, bank VTB   (Azərbaycan)-ın Reklam,marketinq və xüsusi layihələr üzrə şöbəsinin müdiri Nigar Kərimova   bildirib.


Geriyə