VTB (Azərbaycan)-ın əməkdaşları Moskva Dövlət Universitetinin Bakı filialının tələbələr ilə görüşüb


21 June 2019

DSC_0273.jpg

 Bank VTB (Azərbaycan)-ın nümayəndələri M.V.Lomonosov adına Moskva   Dövlət Universitetinin Bakı filialının tətbiqi riyaziyyat və iqtisadiyyat fakultəsinin   tələbələri ilə görüşüb. Tədbir zamanı bankın əməkdaşları 3 və 4-cü kurs   tələbələrinə maliyyə təşkilatında çalışmağın üstünlük və özəllikləri haqqında   danışıb.

 “Hər bir uğurlu təşkilatın təməlində peşəkar əməkdaşlar dayanır. Məhz buna   görə biz öz kadr siyasətimizdə yüksək ixtisaslı kollektivin formalaşmasına və   inkişafına xüsusi diqqət yetiririk. Bizim bank karyera inkişafına, yeni ideyaların   reallaşmasına, böyük təcrübə qazanmasına imkan verir, eləcə də təhsil üçün   əlverişli şərait yaradır” – deyə, bank VTB (Azərbaycan)-ın İnsan resursları   idarəsinin şöbə müdiri Təhminə Mehtiyeva bildirib.

 VTB (Azərbaycan)-ın mütəxəssisləri eləcə də bank sahəsində çalışmağı   planlaşdıran tələbələrlə müsahibə keçirib. Onlardan bəziləri müştərilərlə iş üzrə  menecer, proqramçı və marketoloq vəzifələri üzrə növbəti müsahibələr üçün dəvət olunublar.

 VTB (Azərbaycan) gənc istedadlı şəxsləri işə cəlb edir və bu istiqamətdə bir   sıra aparıcı universitetlərlə əməkdaşlıq edir. Belə əməkdaşlıq, tələbələrə   maliyyə təşkilatlarında iş barəsində məlumat almağa və gələcək peşəsini seçməyə imkan verir.

 


Geriyə