VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir


12 June 2019

Bank VTB (Azərbaycan) xidmət şəbəkəsini genişləndirərək Bakı şəhərində yeni bankomatlar quraşdırıb. ATM-lər şəhər əhalisinin sıx məskunlaşdığı hissələrində yerləşdirilib:

·         Azadlıq pr. 49 (Neft və Sənaye Universiteti yaxınlığında);

·         Ü.Hacıbəyov küç., 6,8 (Xəqani parkı yaxınlığında).

Bundan başqa, bank VTB (Azərbaycan) “Əcəmi” və “Neftçilər” filiallarında, eləcə də Müştəri xidmətləri mərkəzində nağd pul vəsaitinin qəbulu üçün Cash-in funksiyalı bankomatlar quraşdırıb.

Bununla da VTB (Azərbaycan) bankomatlarının ümumi sayı 19-a çatıb.Bütün bankomatlar şəhərin hərəkətli ərazilərində, eləcə də ticarət-əyləncə mərkəzlərində yerləşdirilib. Həmçinin bank VTB (Azərbaycan) kart sahibləri tərəfdaş bankomat şəbəkəsindən də istifadə edə billər. Belə ki, müştərilər NIKOIL | Bank, Bank of Baku və AzerTurkBank kimi bankların ATM xidmətlərindən əlavə komissiyasız yararlana bilər.


Geriyə