XARICI VALYUTADA OLAN KREDITLƏR ÜZRƏ KOMPENSASIYA ALACAQ MÜŞTƏRILƏRIN NƏZƏRINƏ


3 May 2019

Bank VTB (Azərbaycan) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən 500 AZN-dən çox Xarici valyutada olan kreditlər üzrə Kompensasiya ödənişinə başlayır. Pul vəsaiti müştərilərə pulsuz təqdim olunan ödəniş kartlarına köçürüləcək. Müştərilərin rahatlığı üçün Bank tərəfindən onlara hansı filiala və nə zaman yaxınlaşacağı barədə məlumat SMS vasitəsilə bildiriləcəkdir.

Kompensasiya ödənişi 500 AZN-dək olan müştərilər VTB (Azərbaycan)-ın istənilən filialına yaxınlaşıb nəzərdə tutulan vəsaiti əldə edə bilər.

İş rejimi:

Müştəri xidməti mərkəzi və “Elmlər” filialı: həftə içi 09.00 - 17.00  

“Neftçilər”, “Gənclik” və “Əcəmi” filialları:   həftə içi: 09.00-19.00

                                                                   şənbə günləri 10.00-16.00

Əgər bankda qeydiyyata alınmış nömrəniz dəyişibsə, (012) 986 qısa nömrə və ya +99455 2140986 WhatsApp vasitəsi ilə Bankımıza yeni mobil nömrənizi və şəxsiyyət vəsiqənizin FİN kodu (axırdan birinci rəqəmi buraxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət kod) təqdim etmək kifayətdir. Sizə hesablanan kompensasiyaların məbləği ilə bağlı suallarınız yaranarsa bank VTB (Azərbaycan)-a müraciət edə bilərsiniz. 

 


Geriyə