Xarici valyutada olan kreditlər üzrə Kompensasiya alacaq müştərilərin nəzərinə


22 April 2019

Xarici valyutada olan kreditlər üzrə Kompensasiya ödənişi 500 AZN-dək olan müştərilər 22 aprel 2019-cu il tarixindən etibarən VTB (Azərbaycan)-ın istənilən filialına yaxınlaşıb nəzərdə tutulan vəsaiti əldə edə bilər.

 Ödəniş saatları:

 Bütün filiallar: Həftə içi  09.00- 17.00  

“Əcəmi” filialı: Həftə içi   09.00-19.00

                      Şənbə günü 10.00-15.50

 Kompensasiya ödənişi 500 AZN-dən yuxarı və ya kreditinin Restrukturizasiya olunması nəzərdə tutulan müştərilərə isə banka dəvət tarixi SMS və ya Zəng vasitəsi ilə bank VTB (Azərbaycan) tərəfindən bildiriləcək.

Qeyd: Əgər bankda qeydiyyata alınmış nömrəniz dəyişibsə, (012) 986 qısa nömrə və ya +99455 2140986 WhatsApp vasitəsi ilə Bankımıza yeni mobil nömrənizi və şəxsiyyət vəsiqənizin FİN kodu (axırdan birinci rəqəmi buraxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət kod) təqdim etmək kifayətdir.

Sizə hesablanan kompensasiyaların məbləği ilə bağlı suallarınız yaranarsa bank VTB (Azərbaycan)-a müraciət edə bilərsiniz. 


Geriyə