VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir


28 November 2018

bankomat.jpg VTB (Azərbaycan) Bank of Baku ilə tərəfdaşlıq sövdələşməsi imzalayıb. Bundan sonra VTB (Azərbaycan) kart sahibləri   tərəfdaş bankın bankomat və POS-terminalları vasitəsilə nağdlaşdırma əməliyyatını əlavə komissiyasız həyata keçirə   bilər.

 Beləliklə, VTB (Azərbaycan) kart istifadəçiləri NIKOIL Bank, AzərTürk Bank və Bank of Baku kimi yerli bankların 90-dan   çox bankomatlarından yararlana bilər. Bundan başqa, VTB (Azərbaycan) müştərilərinə Rusiya, Qazaxıstan, Gürcüstan,   Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən pul vəsaitlərini banklararası komissiyasız nağdlaşdırmağa   imkanı verir.

 “Bankın qarşısında duran əsas məsələlərdən biri ödəniş kartları xidmətlərini daim yaxşılaşdırmaqdır. Tərəfdaş bankların   terminalları vasitəsilə bankomat şəbəkəsinin genişləndirilməsi VTB (Azərbaycan) kart sahibləri üçün yalnız paytaxtda   deyil, eləcə də bölgələrdə bank xidmətlərindən yararlanma imkanlarını artıracaq”, – deyə bank VTB (Azərbaycan)-ın   ödəniş kartları idarəsinin rəisi Gülşən Əfəndiyeva bildirib.


Geriyə