VTB (Azərbaycan) müştəriləri nağd vəsaitlərini AzərTürkBank bankomatlarında mədaxil edə bilər


7 November 2018

cash in.jpg Bank VTB (Azərbaycan) müştərilərinə Cash-in funksiyası vasitəsilə AzərTürkBank   bankomatlarından kart hesablarına əlavə komissiyasız nağd pul vəsaitini əlavə   etmək imkanı verir.

 Bundan başqa, VTB (Azərbaycan) müştəriləri AzərTürkBank bankomatlarında olan   «Card to Card», parolun alınması, 3D Secure, SMS-xəbərdarlıq kimi əlavə   xidmətlərdən də istifadə edə bilər.

 Hazırda VTB (Azərbaycan) kart istifadəçiləri ölkə ərazisində NIKOIL Bank və   AzərTürk Bank kimi yerli bankların 45 -dən çox bankomatlarından yararlana bilər.   Eləcə də VTB (Azərbaycan) Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və     Ukraynadakı VTB qrupun banklarına aid bankomatlarından pul vəsaitlərin   banklararası komissiya tutulmadan nağdlaşdırılma xidmətini təklif edir.


Geriyə