Bank VTB (Azərbaycan) IX Azərbaycan-Rusiya regionlararası forumda iştirak edib


28 September 2018


Bank VTB (Azərbaycan)-ın nümayəndə heyəti Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Bakıda keçirilən IX regionlararası forumda iştirak edib. Forum çərçivəsində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında, eləcə də “Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda dəyirmi masada iştirak edib.

Bank VTB (Azərbaycan)-ın nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən tikinti, nəqliyyat, kənd təsərrüfatı, kimya sənayesi təmsil edən təşkilatlarla görüş keçirib. Bankın əməkdaşları Euroscon, Azvirt, Alliance Group, IsrHolding, Dövlət Aqrar Ticarət Şirkəti , Khazar-Lada, ASGroup, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycandakı Rusiya İxrac mərkəzi kimi təşkilatların nümayəndələri ilə əməkdaşlıq, Azer-Yod şirkəti ilə ixrac faktorinqi məsələlərini müzakirə edib.

VTB-nin Azərbaycandakı fəaliyyəti forumun plenar iclasında da qeyd olunub.

Azərbaycan Rusiya regionlar arası forum hər il keçirilir və iki ölkə arasında işgüzar əməkdaşlığın genişlənməsi məqsədi daşıyır. Forum profil nazirlikləri, Rusiya və Azərbaycan Prezidentləri administrasiyası nümayəndələri, hər iki ölkənin  region rəhbərləri, o cümlədən  hakimiyyət orqanlarının, işgüzar dairələrin və qeyri-dövlət təşkilatlarının nümayəndələrinin müştərək işləməsi üçün meydançadır.


Geriyə