Yasin Cəlilov Azərbaycan Banklar Assosiasiyasının Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupuna rəhbərlik edəcək


28 September 2018

Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov Azərbaycan Banklar Assosiasiyasının Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupuna sədr təyin edilib. Qrup AR qanunvericiliyinin sənədli biznes, o cümlədən akkreditiv, qarantiya, inkasso və digər əməliyyatların istifadəsi üzrə beynəlxalq standartlara uyğunluğunun təhlili ilə məşğul olacaq.

“Bank VTB (Azərbaycan) ölkə daxilində, eləcə də xarici bazarlarda sənədli əməliyyatlar sahəsində böyük təcrübəyə malikdir. Ekspert qrupunda iştirak VTB-nin topladığı beynəlxalq təcrübəni istifadə etməyə və ölkənin bank sektoruna yeniliklər gətirməyə imkan verəcək. Düşünürəm ki, bu sahədə normativ aktlara dəyişikliklərin edilməsi üzrə təkliflər hazırlandığı zaman qrupun tövsiyələri faydalı olacaq”, – deyə Yasin Cəlilov bildirib.

Azərbaycan Banklar Assosiyasiyası 1990-cı ildə təsis edilib. Hazırda Assosiyasiyaya 31 bank və 2 bank olmayan kredit təşkilatı, eləcə də Azəricard prossesinq şirkəti daxildir. ABA qanunverici,

icraedici və məhkəmə orqanlarında,  eləcə də ictimai və beynəlxalq qurumlarda üzv-təşkilatların maraqlarını təmsil edir.

 

 


Geriyə