Bank VTB (Azərbaycan) müştəriləri səyahət qazana bilər


9 August 2018

“Yeni nəsil Contact seçir” aksiyası çərçivəsində VTB (Azərbaycan) öz müştərilərinə səyahət sertifikatı qazanmaq imkanı verir. Bunun üçün Contact sistemi vasitəsilə ən azı 250 AZN (və ya digər valyuta ekvivalentində) məbləğində “Pul köçürmə” xidmətindən istifadə etmək lazımdır.

Aksiya 30 noyabr 2018-ci il tarixinədək davam edir. Hər ay bir qalib müəyyən edilir. Aksiyanın şərtləri və hədiyyələrin alınması barədə ətraflı məlumatı pul köçürmə sisteminin saytından almaq mümkündür.

Beynəlxalq pul köçürmə sistemi Contact vasitəsi ilə pul vəsaitini həm ölkə daxilinə, həm də xaricə göndərmək olar. Köçürmələr manat, rubl, dollar və avroda həyata keçirilir.


Geriyə