VTB (Azərbaycan) bank seyfləri üçün icarə qiymətlərini endirdi


26 July 2018

Bank VTB (Azərbaycan) “Fərdi bank seyfləri” xidməti üzrə qiymətləri endirib. İndi icarə haqqı seyfin ölçüsündən və icarə müddətindən asılı olaraq 0,50 manatdan başlayır. İcarənin minimal müddəti 5 gün, maksimal – 12 ay təşkil edir.
Yeni şərtlərə görə, müştəridən açarın qorunması üçün girov tələb olunmur.
Bank seyflərin toxunulmazlığına tam zəmanət verir.

Fərdi seyf qutusunda saxlanan dəyərli əşyaların təhlükəsizliyi “iki açar prinsipi” ilə (bankın açarı və müştərinin açarı) maksimal dərəcədə təmin olunur. Seyfin açarı icarəçidə və ya onun səlahiyyətli nümayəndəsində olur. Müştəri seyfdən istifadə etmək hüququnu öz nümayəndəsinə notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında verir.

Bankın müştəriləri pulların, qiymətli kağızların, sənədlərin, zinət və AR qanunvericiliyi ilə qadağan olunmayan digər əşyaların saxlanılması üçün müxtəlif ölçülü seyf qutularını icarəyə götürə bilər.
Xidmət H. Cavid, 32 ünvanında, “Elmlər Akademiyasının” qarşısında yerləşən VTB (Azərbaycan)-ın yeni “Elmlər” filialında göstərilir, icarə üçün ərizəni isə bankın istənilən filialında Vermək olar.

Bank seyflərinin şərtləri və tarifləri barədə əlavə məlumatı bankın 986 nömrəli Çağrı Mərkəzindən və ya www.vtb.az almaq mümkündür.


Geriyə