Bank VTB (Azərbaycan) Azexport portalı ilə tərəfdaşlıq haqqında memorandum imzalayıb


4 July 2018



4 iyul 2018-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bank VTB (Azərbaycan) və Azexport.az portalı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb . Sənədi Bank VTB (Azərbaycan) -ın idarə heyətinin sədri Yevgeni Kirin və Azexport portalının rəhbəri Zaur Qardaşov imzalayıb.

Sənəddə VTB bankın təmsil olunduğu bir sıra ölkələrdə Azərbaycan sahibkarları üçün yeni ixrac maliyyəsi imkanlarının təqdim edilməsi, birgə tədbirlərin və konfransların, biznes missiyaların təşkili, eləcə də yeni sığorta, nəqliyyat və logistika imkanlarının təqdim edilməsi məsələlərinə dair tərəflər arasındakı əməkdaşlıq nəzərdə tutulur.

Azexport portalının rəhbəri Zaur Qardaşov yeni əməkdaşlığın Azexport portalının işinə böyük töhfə verəcəyini vurğulayıb : “Azərbaycanlı ixracatçılara dəstək olmaq məqsədilə Azexport, bank VTB (Azərbaycan) ilə birlikdə Rusiyanın ticarət şəbəkələri və digər potensial müştərilərinə mal göndərmək istəyən müəssisələri qısa müddətli maliyyə vəsaiti ilə təmin etmək niyyətindədir. İxracatçılar fasiləsiz təchizatı təmin etmək məqsədilə, göndərilən mallarının dəyərini bir neçə gün ərzində bank VTB vasitəsi ilə ala bilər”.

 «VTB (Azərbaycan) – 20-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə qrupun üzvüdür. Bankımızın əsas məqsədlərindən biri Azərbaycan biznesinə yeni bazarlara çıxışda yardım etməkdir. Əminəm ki, memorandumun imzalanması Azərbaycan-Rusiya ixracatçılarının maliyyə imkanlarını genişləndirməyə və sahibkarlıq fəaliyyətini stimullaşdırmağa imkan verəcək- deyə Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Evgeni Kirin əlavə edib.

 Arayış:

Azexport.az resursu Azərbaycan mənşəli mallar haqqında məlumatların və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformasını təqdim edir.  Azexport.az VİSA, Master Card və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir. Portal "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncam əsasında yaradılmışdır. 

 


Geriyə