Bank VTB (Azərbaycan)-ın Visa kart sahibləri FİFA 2018 Dünya çempionatına getmək şansı qazana bilər


3 April 2018

VTB (Azərbaycan)-ın Visa plastik kart sahibləri Sankt-Peterburq şəhərində FİFA 2018 Futbol üzrə Dünya çempionatının oyununa iki nəfərlik səyahət qazana bilər. Bunun üçün “Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatının ən yaxşı anlarından zövq alın” stimullaşdırıcı aksiyanın iştirakçısı olmaq kifayətdir.

VTB (Azərbaycan)-ın Visa kart sahibləri 29 martdan 29 aprel 2018-ci il tarixinədək 10 manatdan başlayaraq nağdsız ödəniş edərək aksiyanın iştirakçısı ola bilər. Nağdsız əməliyyatları həm Azərbaycan ərazisində, həm xaricdə, ticarət nöqtələrində və onlayn rejimdə həyata keçirmək olar. Nağdsız əməliyyatı www.visa.com.az qeydiyyatdan keçirmək vacibdir. Qeydiyyatdan keçirilmiş və tələblərə uyğun olan hər bir nağdsız əməliyyat uduşda iştirak edir. Uduş keçirildikdən sonra təşkilatçılar SMS-xəbərdarlıq və ya telefon vasitəsi ilə qalibə bu barədə xəbər verir.

Stimullaşdırıcı lotereya barədə daha ətraflı məlumatı aşağıdakı link vasitəsi ilə almaq olar: https://www.visa.com.az/dam/VCOM/regional/cemea/azerbaijan/pay-with-visa/promotions/fifa/rules-az.pdf


Geriyə