Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı bayram günlərində də işləyəcək


16 March 2018

Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı müştərilərin rahatlığı üçün 20-26 mart bayram günlərində saat 10.00-dan 16.00-dək çalışacaq.

“Əcəmi” filialında müştərilər cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi bütün əsas xidmətlərdən istifadə edə bilər. Filiala kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət də etmək mümkündür.

Qeyd edək ki, 2017-ci ildən “Əcəmi” filialı istirahət günlərində, eləcə də həftə içi uzadılmış iş rejimi ilə fəaliyyət göstərir. Filial həftə içi 09.00-dan 20.00-dək, istirahət günləri isə 10.00-dan 16.00-dək müştərilərin xidmətindədir. Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı Cavadxan küç. 30A, “Əcəmi” metrostansiyası yaxınlığında yerləşir.


Geriyə