Bank VTB (Azərbaycan) ilə Qayğısız tətil


3 August 2017

VTB (Azərbaycan) bank seyflərinin icarəsi və depozitlər üzrə xüsusi şərtlər təklif edən “Qayğısız tətil” adlı yeni aksiyaya başlayır. Avqustun 2-dən etibarən VTB (Azərbaycan)-da bank seyflərinin icarəsi zamanı müştərilər seyfin ölçüsü və icarə müddətindən asılı olaraq 80%-dək endirim əldə edir. İcarənin maksimal müddəti 12 ay təşkil edir. Bundan başqa, 5000 manatdan və 12 ay müddətindən başlayaraq bankda depozit yerləşdirən müştərilər bank seyfini 3 aya qədər pulsuz icarəyə götürə bilər. Fərdi bank seyflərinin istifadəsi zamanı girovun tələb olunmaması aksiyanın daha bir üstünlüyüdür.

Aksiyanın müddəti – 1 noyabr 2017-ci ilə qədərdir.  

«Bank seyflərinin icarəsi xidməti xüsusilə istirahətə gedən müştərilər üçün aktualdır. Bu xidmət dəyərli əşyaların qorunmasının etibarlı üsuludur. Bank VTB (Azərbaycan)-da seyf icarəyə götürdükdə müştərilər dəyərli əşyalarının təhlükəsizliyindən əmin ola bilər, - deyə bank VTB (Azərbaycan)-ın Şəbəkənin inkişafı idarəsinin müdiri/Pərakəndə biznes idarəsinin müdiri vəzifəsini icra edən Fuad İbrahimov bildirib 

“Qayğısız tətil” aksiyasının şərtləri barədə ətraflı məlumatı bankın filiallarından və ya 986 qısa nömrəli Call Center xidmətinə zəng vuraraq əldə etmək mümkündür. 


Geriyə