Bank VTB (Azərbaycan) dollar depozitləri üzrə faiz dərəcələrini artırdı


12 May 2017

Bank VTB (Azərbaycan) dollarda açılan “Sərfəli” əmanəti üzrə faiz dərəcələrini artırıb. Yeni qaydalara əsasən, maksimal faiz dərəcəsi bir il müddətinə açılan əmanət üçün nəzərdə tutulub. Belə ki, 12 aylıq dollar əmanəti üzrə illik faiz dərəcəsi 3% təşkil edir. Bu zaman faizlərin aylıq və ya müddətin sonunda götürülməsindən asılı olmayaraq faiz dərəcəsi dəyişməz qalır. 

Qaydalarda daha bir yenilik dollar əmanətinin müddəti ilə bağlıdır. İndi müştərilər “Sərfəli” əmanətini 6 aylıq müddətə də aça bilər. Bu əmanət üzrə maksimal müddət isə 24 ay təşkil edir.

Əmanət üzrə minimal məbləğ 100 dollardır və müştərinin seçimindən asılı olaraq hesablanmış faizlər bank hesabına və ya cari hesaba köçürülə bilər. Depozit Əmanətlərin Sığortalanması Fondu şərtlərinə əsasən sığortalanır.

Bank VTB (Azərbaycan)-da əmanət hesabı açdıqda, müştərilərə hesablanmış faizləri çıxarmaq üçün pulsuz plastik kart və hesab üzrə məlumat almaq üçün pulsuz sms-məlumatlandırma təqdim olunur. Həmçinin depozit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi üzrə sərfəli şərtlər təklif olunur. 

 


Geriyə