Bank VTB (Azərbaycan) güzəştli bankomatlar şəbəkəsini genişləndirib


28 December 2016

Bank VTB (Azərbaycan) bankomatların birgə istifadəsinə dair PAŞA Bankla tərəfdaşlıq müqaviləsi bağlayaraq güzəştli bankomatlar şəbəkəsini daha da genişləndirib.

Tərəflərin razılığına əsasən, hər iki bank öz bankomatından nağd pul çıxarılmasına görə tərəfdaş bankın müştərilərindən əlavə komissiya tutmayacaq. Bununla da, bank VTB (Azərbaycan)-ın plastik kart sahibləri PAŞA Bank bankomatlarından nağd vəsaitləri daxili tariflə, yəni emitent tərəfdən öz terminallar şəbəkəsi üçün təyin olunmuş tariflə çıxara biləcək.

Bank VTB (Azərbaycan)-ın güzəştli bankomatlar şəbəkəsinə VTB qrupa daxil olan VTB24, VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), VTB Bank Moskva, həmçinin yerli AccessBank daxil idi. İndi bu siyahıya PAŞA Bank bankomatları da əlavə edildi.

Yeni bankla əməkdaşlıq xidmət coğrafiyasını daha da genişləndirilməsinə və müştərilərə əlverişli şəraitin yaradılmasına kömək edəcək. Geniş bankomat şəbəkəsinin mövcudluğu nağd pulu banklararası tarif tətbiq edilmədən çıxarmağa imkan verir ki, bu da əmək haqqı layihələri üçün tərəfdaş bank seçimində böyük əhəmiyyət kəsb edir. Əmək haqqı layihələrinin tətbiqi 2017-ci ildə bank VTB (Azərbaycan)-ın fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq. 


Geriyə