Bank VTB (Azərbaycan)-ın plastik kart istifadəçilərinə 50%-dək endirim təklif olunur


23 November 2016

VTB (Azərbaycan)-ın plastik kart istifadəçiləri bir sıra xidmət obyektlərində ödəniş etdikdə əhəmiyyətli endirim qazanacaq. Ticarət və xidmət müəssisələrinin siyahısına paytaxtdakı məşhur restoran, mağaza, turizm agentlikləri və özəl klinikalar daxildir.

Belə ki, VTB (Azərbaycan)-ın plastik kart sahibləri Gömrük Hospitalına müraciət etdikdə 50%, Medilan Hospitalda -35%-dək, Turk-Americanda isə 15% endirim əldə edəcək. Tonqal və Cosy  cafe and lounge restoranlarında müvafiq olaraq 10% və 20%  güzəştdən istifadə etmək mümkündür; 20%-dək endirim Dream MT Travel, Euro Fly Travel və Premium Travel Group turizm şirkətlərində təklif olunur. Gallery mağazalarında, eləcə də Gold Platinum kart istifadəçiləri üçün Choco Bon mağazasında alış-veriş zamanı 10%-lik endirim nəzərdə tutulub.

Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil. Ticarət və xidmət müəssisəsində VTB (Azərbaycan) kartını göstərmək kifayət edir.

Endirimlər bütün kart sahiblərinə, həmçinin bank VTB (Azərbaycan)-ın əmək haqqı layihəsinin iştirakçılarına da aiddir. Bank VTB (Azərbaycan)-ın əmək haqqı layihəsi maaş, eləcə də təqaüd və digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu özündə əks etdirir.

 


Geriyə

 

18.07.2014  

Bank VTB (Azərbaycan) cari ilin birinci yarısının yekunları üzrə hesabat verdi

 

        Bank VTB (Azərbaycan) 2014-cü ilin birinci yarısında görülmüş işlərin yekunları üzrə hesabat vermişdir: iyulun 1-nə bankın kredit portfelinin həcmi 215,985 mln manata çataraq ötən ilin müvafiq dövrünün göstəricilərini demək olar ki, iki dəfə üstələmişdir. Əhalinin əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90%-dan çox artaraq 6,3 mln manata çatmışdır.

        Bankın aktivləri iki dəfə artaraq 229,699 mln manata çatmışdır. Bankın məcmu kapitalı 47,837 mln manat olmuşdur. Gəlirlər 2,5 dəfə artaraq 20, 257 mln manata çatmış, bu zaman faiz gəlirlərinin artımı 167%, qeyri-faiz gəlirlərinin artımı isə 23 % olmuşdur.

        Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə departamentinin direktoru İlqar Novruzov: “Bizim kreditləşmə bazarında mövqeyimiz möhkəmdir və cari ilin birinci yarısının göstəriciləri buna sübutdur. Həmçinin, korporativ kreditləşmə sahəsində də mövqelərimizi gücləndirmişik. Biz həmişəki kimi kiçik və orta biznes seqmenti ilə aktiv işi davam etdiririk. Bu da öz növbəsində ölkənin iqtisadiyyat sahələrinin inkişafında müsbət təsirə malikdir”.