Mükafatlandırma siyasətinin əsas prinsipləri

Mükafatlandırma siyasətinin əsas prinsipləri və  mükafatın dəyişkən hissəsinin müəyyənləşdirilməsi məqsədilə istifadə edilən metod və meyarlar barədə məlumat

Bankın əməkdaşlarının mükafatlandırılması bank tərəfindən təyin olunmuş planın yerinə yetirilməsinin stimullaşdırılması və həmçinin əməkdaşların vəzifə borclarının yerinə yetirilməsi keyfiyyətinin qaldırılması məqsədi ilə aparılır.Əməkdaşların mükafatlandırılması Icra Effektivliyinin Əsas Göstəricilərinin yerinə yetirilməsi və əməkdaşın indvidual qiymətləndirilməsindən asılı olaraq hesabat dövrü üzrə həyata keçirlir. Mükafat əməkdaşın işdə şəxsi nailiyyətlərindən, şöbənin fəaliyyətinə etdiyi töhfəsindən və həmçinin bölmənin bank ilə birlikdə hesabat dövrü ərzində effektiv fəaliyyətindən asılı olaraq, bankın şöbə rəhbərinin təqdimatı əsasında əməkdaşın aylıq maaşına əlavə olaraq ödənilə bilər.Mükafatın ödənilməsi qərarı bankın maliyyə durumuna əsasən qəbul olunur. Mükafat tam zəmanətli ödəniş deyildir. Mükafatın baza ölçüsü şöbənin mükafat kateqoriyasından asılı olaraq müəyyən edilir.

Əməkdaşın fəaliyyətinin qiymətləndirilməsi hesabat dövrünün sonunda vahid prinsiplər əsasında həyata keçirilir. Qiymətləndirmə işçinin biləvasitə rəhbəri tərəfindən daha yüksək vəzifəli şəxs ilə razılaşdırılaraq həyata keçirilir. İşçinin qiymətləndirilməsi İşçinin Qiymətləndirmə Əmsalı (İQƏ) vastiəsi ilə təyin edilir. İşçinin qiymətləndirmə əmsalı hər bir işçinin individual olaraq icra göstəricilərini əks etdirir. İQƏ işçinin hesabat dövrü üzrə İşçinin Qiymətləndirilməsi Forması meyarlarına uyğun olaraq qiymətləndirilməsinin nəticələrinə əsasən müəyyən edilir. İşçinin Qiymətləndirilməsi Forması meyarları struktur bölməsinin mükafat kateqoriyasından və vəzifə səviyyəsindən (Rəhbər/İşçi) asılıdır. İQƏ İşçinin Qiymətləndirilməsi Formasında qeyd olunmuş meyarların çəkisi nəzərə alınaraq onların cəmi kimi hesablanır.

Qiymət göstəricisi

Göstəricinin xarakteristikası

1

Təyin olunmuş tələblər tam cavab verir

0,5

Ümumilikdə təyin olunmuş tələblərə cavab verir, amma ciddi qeydlər var

0

Tələblərə uyğun deyildir

Qiymət göstəricisi

Əmsal

1

1

0,5<=İQƏ<1

İQƏ

İQƏ<0,5

0

İşçinin İQƏ əmsalı 0.5-dən aşağı olduğu təqdirdə ona mükafat hesablanılmır.

Mükafatlandırma üzrə inzibati işlər və kordinasiya  şəxsi heyət ilə iş üzrə idarə tərəfindən həyata keçirilir.