Missiya və Dəyərlər

MİSSİYA

Biz sahibkarlığın inkişafı üçün rahat şərait yaradır, kiçik və orta biznesi müxtəlif seqment və istiqamətləri üzrə yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin edərək onlara maliyyə dəstəyi göstəririk.

VTB (Azərbaycan) ən yaxşı beynəlxalq təcrübəyə əsaslanan bütün bank xidmətlərini təklif edir.

DƏYƏRLƏR

Biz müştərilərimiz və tərəfdaşlarımızla şəffaflığın və qarşılıqlı hörmətin təməli olan uzunmüddətli və əlverişli münasibətlər qururuq.

Etibarlılıq

VTB (Azərbaycan) - müştəri və tərəfdaşları qarşısındakı bütün öhdəliklərini tam olaraq yerinə yetirir.

Etimad

Bizim üçün müştərilərin etimadı önəmlidir və biz əməkdaşlıqda şəffaflıq prinsipinə arxalanırıq.

Keyfiyyət

Müştəri məmnuniyyətini özümüz üçün əsas məqsəd bilərək fiziki şəxslər və təşkilatlara geniş çeşidli yüksək keyfiyyətli bank xidmətləri təqdim etmək üçün biz daim xidmət sahəsində keyfiyyətin artırılmasına çalışırıq.

İnnovasiya

İnkişaf etmiş İT infrastruktur xidmət sahəsinin daim mükəmməlləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə imkan verir.