İdarə Heyəti

Aleksandr Yuryeviç Yeryomin

 

 Aleksandr Yuryeviç Yeryomin  

 İdarə Heyətinin Sədri 

 Bank VTB (Azərbaycan) ASC-də 2011-ci ilin dekabr ayından etibarən çalışır.  

 Əvvəl tutduğu vəzifələr:  

1995 - Tula Dövlət Universiteti – ATM kafedrasında mühəndis 

1995-1998 - Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik biznesə dəstək fondunun kredit eksperti, Baş kredit eksperti 

1999-2000 - Beynəlxalq Layihə Məsləhəti (İPC) şirkətinin bank məsləhətçisi (Sofiya, Bolqarıstan) 

2000 - Moskva və Ukraynada Kiçik biznesin kreditləşməsi proqramı üzrə NUF bank məsləhətçisi  

2000 - MEG Maliyyə şirkətinin kreditləşmə üzrə məsləhətçisi (Kişinyov, Moldova) 

2001-2003 - Mikromaliyyə Bankı QSC (Kiyev, Ukrayna)- bank məsləhətçisi, Xarkov şəhərində nümayəndəliyin rəhbəri, Xarkov regional idarənin rəisi 

2003-2004 - “Alfa Bank” Dnepropetrovsk filialının direktoru 

2004-2005 - Azərbaycan Mikromaliyyələşdirmə Bankının AYİB layihəsində bank məsləhətçisi, Azərbaycan Mikromaliyyələşdirmə Bankının İdarə Heyəti sədrinin müavini 

2005-2011 - Trast Milli Bank ASC-nin İdarəetmə aparatının Vitse prezidenti 

2011 - “Enerjetik Standart“ (Ukrayna) – İnvestisiya layihələri üzrə Baş direktor müavini  

 1995-ci ildə Tula  Dövlət Texniki Universiteti (Rusiya Federasiyası) texniki kibernetika fakültəsini bitirib.  

2006-ci ildə Təfəkkür Universiteti (Azərbaycan Respublikası) Maliyyə və kredit fakültəsini bitirib 

1972-ci ildə anadan olub. 

VTB Zaur Vaqif oğlu Rəsulov

Zaur Vaqif oğlu Rəsulov

İdarə Heyətinin üzvü

2011-ci ilin dekabrından Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvüdür və Korporativ biznes idarəsinə rəhbərlik edir.

2010-cu ilin iyulundan etibarən Bank VTB (Azərbaycan) ASC-də çalışır.

Əvvəl tutduğu vəzifələr:

2010-cu ilin fevral ayından “Expressbank”da Kredit departamentinin Kreditlərə nəzarət və monitorinq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2009-cu ildə Avropa Yenidənqurma və İnkişaf Bankının layihəsində baş məsləhətçi vəzifəsində işləyib.

2005-ci ildən 2009-cu ilə qədər “Bank Respublika”da Müştəri xidmətləri departamentinin Kredit şöbəsinin mütəxəssisindən Kredit departamentinin kreditlərin qiymətləndirilməsi şöbəsinin müdiri kimi müxtəlif vəzifələrdə çalışmışdır.

2005-ci ilə qədər qeyri-bank sahəsində çalışmışdır.

1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə-kredit ixtisası üzrə bitirmişdir.

28 may 1975-ci il tarixində anadan olmuşdur.

Şahin Yusif oğlu Mirzəyev

İdarə Heyətinin üzvü

Bank VTB (Azərbaycan) ASC-də 2009-cu ilin noyabr ayından etibarən çalışır. Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə departamentinin rəhbəridir.

Əvvəl tutduğu vəzifələr:

2005-2009-cu illər – “Azərdəmiryolbank”: İdarə Heyəti Sədrinin müavini.

2003-2005-ci illər – Azərbaycan Beynəlxalq Bankı: təşkilat şöbəsinin direktoru.

2001-2003-cü illər – Azərbaycan Respublikasının Nazirlər Kabineti: Maliyyə meneceri, Dünya Bankı tərəfindən maliyyələşdirilən layihənin Mərkəzi Koordinasiya Qrupu.

1993-2000-ci illər – “Azəriqazbank”: İdarə Heyətinin üzvü, Daxili Audit Departamentinin direktoru, Kredit Departamentinin direktoru, Kredit Komitəsinin sədri, menecer, iqtisadçı, mühasib.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin menecment fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsini bitirib. 1999-cu ildə Böyük Britaniyanın Lankaşir şəhərinin Biznes məktəbini bitirib.

1973-cü ildə anadan olub.