Audit


2014-ü ildə ASC Bank VTB (Azərbaycan)-ın müstəqil auditini Ernst & Young (EY) şirkəti həyata keçirmişdir. EY Britaniya audit-konsaltinq şirkətidir və dünyanın "böyük dördlük" audit şirkətləri siyahısına daxildir. Baş ofisi Londonda yerləşir.   

***

2009-cu ildən etibarən tender əsasında Bank VTB (Azərbaycan)-ın müstəqil auditoru tanınmış konsaltinq şirkəti olan Baker Tilly Audit Azerbaijan MMC seçilmişdir.

Bankın 2010-cu il üzrə növbəti kənar auditinin keçirilməsi üçün “Baker Tilly Audit Azerbaijan” MMC Bankın kənar auditoru təyin edilmişdir.

“Baker Tilly Audit Azerbaijan” MMC–nin təklif etdiyi xidmətlər daha bir neçə tanınmış beynəlxalq audit və məsləhət şirkətlərinin göndərdiyi təkliflər içərisindən seçilmişdir.

“Baker Tilly Audit Azerbaijan” MMC-nin təklif etdiyi audit xidmətləri Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara ciddi riayət olunmaqla aparılır.

Baker Tilly Audit Azerbaijan MMC dünya üzrə tanınan audit şirkətlərinin ilk onluğuan daxildir.