Müşahidə Şurası

Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası Azərbaycan Respublikasının qanunvericiliyi, Bankın Nizamnaməsi, Müşahidə Şurası haqqında əsasnamə və Bankın digər daxili sənədləri əsasında fəaliyyət göstərir. Müşahidə Şurasının səlahiyyətləri çərçivəsinə, qanunvericilik və Bankın  nizamnaməsi ilə Səhmdarların Ümumi yığıncağının səlahiyyətləri çərçivəsinə aid edilən məsələlərin həlli istisna olmaqla, Bankın fəaliyyətinə ümumi rəhbərlik məsələlərinin həlli daxildir. 


Bortnikov Denis Aleksandroviç

Müşahidə Şurasının Sədri

2011 – indiyədək –Bank VTB (PSC), Şimal-Qərb regional mərkəzin rəhbəri, vitse-prezident. 2011 ilin noyabr ayından – idarə heyətinin üzvü. 2017-ci ilin may ayından- idarə heyətinin sədrinin-prezidentinin müavini.

2007 – 2011 – “Bank VTB Şimal-Qərb” ASC, idarə heyətinin sədrinin müavini, departament rəhbəri, idarə heyətinin sədrinin birinci müavini, idarə heyətinin sədri.

2006 – 2007 -  Vneştorqbank ASC, Sankt-Peterburqdakı filial rəhbərinin müavini.

2004 – 2006 –KB “Quta Bank”, rəhbər müşaviri, “Şimal-Qərb”  filial rəhbərinin müavini.

1996 – 2004 – “Sənaye-tikinti bankı” ASC, likvidliyin idarəedilməsi şöbəsinin məsləhətçisi, transfer əməliyyatlar şöbəsinin məsləhətçisi, maliyyə alətləri şöbəsinin məsləhətçisi, broker əməliyyatları şöbəsinin aparıcı məsləhətçisi, ekvayrinq və avtorizasiyanın baş eksperti, ekvayrinq və avtorizasiya şöbəsinin müdiri.

Ali təhsilini Sankt-Peterburq İqtisadiyyat və maliyyə universitetində alıb və 1996-cı ildə universiteti “milli iqtisadiyyat” ixtisası üzrə bitirib.

Sankt-Peterburq dövlət iqtisadiyyat universitetinin qəyyumluq və “Leninqrad vilayətinin ticari-sənaye palatası” Assosiasiyasının şuralarına daxildir.

1974 – Leninqrad vilayətində doğulub.

  

Rəsullu Rəşad Fərhad oğlu 

Müşahidə Şurası sədrinin müavini

2013-cü ildə Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.  

Əvvəl tutduğu vəzifələr: 

2002-2004 – Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ictimaiyyətlə Əlaqələr və dövri nəşrlər şöbəsində aparıcı mütəxəssisi, Ictimaiyyətlə Əlaqələr xidmətində aparıcı inspektoru.

2004-bu günə qədər - “AtaHolding” ASC, İnsan Resursları və Ictimai Əlaqələr Departamentinin Rəhbəri, Katibliyin Rəhbəri, Katiblik Departamentinin Direktoru, Müşahidə Şurası sədrinin müşaviri, İdarə Heyəti sədrinin müavini.   

2007-bu günə qədər – ATİB, Baş katibin müavini. 

2011-bu günə qədər - “AtaLizinq” ASC, Müşahidə Şurasının üzvü.

2000-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistraturanı bitirib.   

1980-ci ildə anadan olub. 

   

Ağayev Qorxmaz

Müşahidə Şurasının üzvü

2016-cı ildə Müşahidə Şurasının üzvü təyin edilib.

Əvvəl tutduğu vəzifələr:

2016-cı ildən “Azerbaijan Global Investments”-də hüquq müşaviri

05.01.2015-05.01.2016 – “Caspian Development Bank”-da Müşahidə Şurasının üzvü

2014-cü ildən “AtaBank”-da Risklərin idarəolunması komitəsinin üzvü

01.02.2013 - “AtaBank”-da İdarə Heyətinin sədrinin baş hüquq müşaviri

01.02.2016 – “AtaHolding” Hüquq departamentinin direktoru

05.01.2011-05.01.2013 -  “CLC Law Firm” –də İdarəedici tərəfdaş

01.10.2007-05.01.2011- “Bank of Baku”-da Hüquq departamentinin rəhbəri

01.07.2006 -“Bank of Baku”-da Korporativ hüquq şöbəsinin direktoru

05.09.2005-01.07.2006 -“Bank of Baku”-da Korporativ hüquq şöbəsinin aparıcı mütəxəssisi

01.02.2005-05.09.2005 – “AtaConsulting”-də Hüquqi xidmət departamentinin direktoru

09.11.2004-01.02.2005-“AtaConsulting”-də Hüquqi xidmət departamentinin hüquqşünası

09.02.2004-09.11.2004- Bakı Dövlət Universiteti və AR Prezidenti yanında İdarəçilik Akademiyasında müəllim

2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Mülki və Kommersiya hüququ üzrə maqistraturasını, 2004-cü ildə isə Maliyyə, İnzibati və İnformasiya hüququ üzə aspiranturasını bitirib.

1980-ci ildə anadan olmuşdur.  

  

Popov Dmitriy Sergeyeviç

Müşahidə Şurasının üzvü

2016-cı ildə Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

2014-cü ilin iyununda VTB Qrupa vitse-prezident, Strategiya və Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə təyin edilib.

2012-ci ildə VTB24 QSC-də Pərakəndə Biznesin Strategiyası İdarəsi yarandığı vaxtdan başlayaraq burada  vitse-prezident, idarə rəisi vəzifələrində çalışıb.

2009-cu ildə ASC Bank VTB-nin Korporativ İnkişaf və Strategiya Departamentində direktor, icraçı direktor, sonradan – Korporativ Biznesin İnkişafı Departamentinin rəisi vəzifəsində işləyib.

2006-cı ildə McKinsey & Company şirkətində fəaliyyətə başlayıb, burada maliyyə, strategiyanın hazırlanması, marketinq və satış sahələri üzrə bank işi və neft-qaz kompleksi layihələrində məsləhətçi vəzifəsində çalışıb.

2005-ci ildə Ali İqtisadiyyat Məktəbi dövlət universitetinin iqtisadiyyat fakültəsini bitirib. 2013-2014-cü illərdə Stanford Graduate School of Business məktəbində ixtisasartırma üzrə (executive education) bir sıra proqramları bitirib.

2003-cü ildən Moskva təkrar sığorta cəmiyyətində (“Moskva Re” ASC)  çalışıb, stajçı kimi fəaliyyətə başlayaraq maliyyə-sərmayə şöbəsinin direktoru vəzifəsinə qədər yüksəlib.

1983-cü ildə Samara anadan olub. 

  

Tsaryev Sergey Vladimiroviç

Müşahidə Şurasının üzvü

Əvvəl tutduğu vəzifələr:

04.1998 – 11.1998-ci illər – Dövlət Xüsusiləşdirilmiş Rusiya idxal-ixrac Bankı (Roseksimbank): Kreditləşmə və müştərilərin hesablaşma xidməti Departamentinin bank kreditləri və qarantiyalar idarəsinin bank kreditləri və qarantiyalar şöbəsinin iqtisadçısı;

12.1998 –12.2000-ci illər – “Avrofinans” SKB: İdarə Heyəti Sədrinin birinci müavininin köməkçisi;

01.2001 – 08.2001-ci illər – Xantı-Mansiysk Bankı ASC (Moskva filialı): Xəzinədarlıq şöbəsinin baş mütəxəssisi;

08.2001 – 12.2001-ci illər – «Qarşılıqlı kredit mərkəzi cəmiyyət» Bankı (asc): İdarə Heyəti Sədrinin müşaviri;

12.2001–06.2005-ci illər – Beynəlxalq İnvestisiya Bankı: İnvestisiyaların kreditləşdirilməsi idarəsinin baş referenti;

07.2005-ci ildən etibarən – Bank VTB ASC (Açıq Səhmdar Cəmiyyəti): Törəmə banklar departamentinin MDB banklarının koordinasiyası idarəsinin Mərkəzi Asiya bankları şöbəsinin idarəedici direktoru.

1978-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub.

2000-ci ildə RF Hökuməti yanında Maliyyə Akademiyasını “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə bitirib.

Əliyev Müseyib Fayaz oğlu

Müşahidə Şurasının üzvü

2013-cü ildə Müşahidə Şurasının üzvü təyin edilib.

Əvvəl tutduğu vəzifələr:

1992-1993 – Səbail Əmanət Bankı, əməliyyat şöbəsinin xəzinədarı.

1993-1995 – Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankı, 082 saylı Bayıl Əmanət bank şöbəsinin Əməliyyat hissə müdiri, Texniki xidmət mərkəzi İdarəsində baş mühasib.

1995-1996 – “Əmanətbank” SKB, 082 saylı Bayıl Əmanət Bank şöbəsinin baş mühasibi.

1996-1998 – “Viləşbank” KB, İdarə Heyətinin sədri.

1998-2000 – “Səltənət” SKB, baş mühasibin müavini, baş mühasib.

2000-2002 – “Rotabank” SKB, İdarə Heyəti sədrinin müavini.

2002-2012 – “AtaBank” ASC, Daxili auditin rəhbəri, Audit Komitəsini sədri, İdarə Heyətinin sədr müavini, İdarə Heyəti sədrinin birinci müavini.

2012-ci ildən indiyədək – “AtaSığorta” ASC, İdarə Heyətinin sədri.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə aspiranturasını bitirmişdir.2005-ci ildə “Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2006-cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1969-cu ildə anadan olmuşdu.