BOŞ İŞ YERLƏRİ

Bank VTB (Azərbaycan)

Açıq Səhmdar Cəmiyyəti

VAKANSİYALAR

İT İdarəsinin rəisi

Vəzifələri:

· Bankın İT-strategiyasının hazırlanması, strategiyanın həyata keçirilməsi üzrə planlaşdırma, hesabatlılıq;

· İdarənin işinin nəticələrinin təhlili və İdarənin fəaliyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması;

· ABS-nin inzibatçılığı və müşayiəti;

· Bankın PT-nin müşayiəti və aktuallaşdırılması;

· avtomatlaşdırma sistemlərinin layihələndirilməsi;

· informasiya sistemlərinin fasiləsiz işinin təmin edilməsi;

· baxılması üçün Bankın İdarə Heyəti və kollegial orqanlarına təkliflərin işlənib hazırlanması.

Tələblər:

· alı iqtisadi/texniki təhsil;

· Bankın İT-də rəhbər vəzifədə 4 ildən az olmayan iş stajı;

· çoxlu sayda əməkdaşları olan kollektivi idarəetmə təcrübəsi;

· strateji vərdişlər, fəallıq, ustalıq;

· rus dilini bilmə

İT idarəsi: mütəxəssis/aparıcı mütəxəssis

Vəzifələri:

· müəssisənin İT-infrastrukturunun müşayiəti (sistem və serverlərin işinin monitorinqi, serverlərin, işçi stansiyaların, telefon və rabitə kanallarının, proqram təminatının, ofis texnikasının müşayiəti);

· məlumatların ehtiyat surətlərinin yaradılmasının təmin edilməsi;

· antivirus müdafiəsinin təşkili;

· 1c və CRM-sisteminin idarəedilməsi;

· texniki sənədləşmənin aparılması;

· aparat və proqram təminatının, işlənən materialların alışı;

· istifadəçilərə yardım.

Tələblər:

· ali təhsil, İT sahəsinə təhsil almış namizədlərə üstünlük verilir;

· bankda 2 ildən az olmayan iş stajı;

· Windows 2003 Server (DNS, DHCP, WSUS, AD, GP, Terminal Services) və Windows XP/7 (üstünlük HP-UX və Linux verilir) idarəedilməsi sahəsində dərin biliklər və təcrübə;

· MS SQL Server-nin idarəetmə təcrübəsi, SQL üzrə baza bilikləri;

· LAN və WAN şəbəkələrinin, fəal şəbəkə avadanlığının, şəbəkə servislərinin quruluş prinsiplərinə bələd olma;

· Oracle-ın idarəedilməsi sahəsində təcrübə;

· rus dilini bilmə.

Korporativ müştərilərlə iş şöbəsinin müdiri/aparıcı mütəxəssis

Vəzifələri:

· korporativ biznesin müştərilərinin axtarışı və cəlb edilməsi;

· müştərinin konsultasiyası və onun kredit məhsuluna ehtiyacının təhlili;

· müştərinin ehtiyaclarının kredit məhsullarının parametrlərinə uyğunlaşdırılması;

· müştərinin-əməliyyatların ehtimal olunan ümumi gəlirinin müəyyən edilməsi;

· biznes planın və gəlir normaların uyğun olaraq bankın müştəridən/kredit əqdindən gələr zəruri gəlirinin təmin edilməsi;

Tələblər:

· ali iqtisadi təhsilin olması;

· profil üzrə iki ildən az olmayan iş təcrübəsi;

· Azərbaycan Respublikasının bank qanunvericiliyinə bələd olma;

· AR MB-nin kreditləşmə qaydaları;

· Azərbaycan, rus və ingilis dilləri (sərbəst danışıq səviyyəsi).

Kiçik biznes şöbəsi: aparıcı mütəxəssis

Vəzifələri:

· kiçik biznesin müştərilərinin cəlb edilməsi;

· müştəriləri Bankın xidmət və tarixləri barədə məlumatlandırmaq;

· kredit sifarişinin doldurulmasının dolğunluğunun və düzgünlüyünün yoxlanılması;

· ABS-ə kredit sifarişinin daxil edilməsi;

· kredit dosyesinin formalaşdırılması;

· sərbəst analizin öz limiti çərçivəsində maliyyə analizinin aparılması üçün müştəri ilə görüş;

· kredit memorandumunun hazırlanması;

· potensial müştərilərin bazasının tərtibi və aparılması;

· öz kredit portfelinin monitorinqi.

Tələblər:

· ali iqtisadi təhsilin olması;

· profil üzrə iki ildən az olmayan iş təcrübəsi;

· Azərbaycan Respublikasının bank qanunvericiliyinə bələd olma;

· AR MB-nin kreditləşmə qaydaları;

· azərbaycan və rus dilləri (sərbəst danışıq).

Borcalanların yoxlanılması şöbəsi: aparıcı mütəxəssis

Vəzifələri:

· borcalanların identifikasiyası;

· kredit sifarişinin məlumatlarının verifikasiyası;

· borcalanın və kredit sifarişinin digər iştirakçılarının etibarlığının yoxlanılması və qiymətləndirilməsi;

· bölmənin səlahiyyətlərinə aid məsələlər üzrə daxili normativ, sərəncam sənədlərinin, izahedici materialların hazırlanması və dəyişikliklər edilməsi;

· anderraytinq.

Tələblər:

· ali təhsilin olması;

· iqtisadiyyat və maliyyə sahəsində biliklər;

· Bankda borcalan haqqında məlumatların yoxlanması sahəsində iş stajı;

· rus dilini bilmək.

Pərakəndə kredit riskləri şöbəsi: aparıcı mütəxəssis

Vəzifələri:

· ali təhsilin olması;

· portfelin keyfiyyətinə nəzarət;

· borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

· öz səlahiyyətləri çərçivəsində kredit sifarişlərinin nəzərdən keçirilməsi;

· ünsiyyətlilik.

Tələblər:

· ali təhsilin olması;

· bank sektorunda iş stajı;

· Azərbaycan Respublikasının bank qanunvericiliyinə bələd olma;

· rus dilini bilmək.

Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsi: mütəxəssis/aparıcı mütəxəssis

Vəzifələri:

· əmlakın qiymətləndirilməsi (qiymətləndirmənin təsdiqi);

· qiymətləndirmə obyektinə baxış və hesabatların tərtibi;

· qiymətləndirilmə üçün təqdim edilmiş ilkin sənədlərin təhlili;

· hesabatlığın formalaşdırılması;

· girov əmlakı bazasının aparılması.

Tələblər:

· ali təhsilin olması (iqtisadi);

· bankın qiymətləndirmə bölməsində üç ildən az olmayan iş təcrübəsi;

· qiymətləndirmə fəaliyyətini tənzimləyən normativ-metodik sənədlərə bələd olmaq;

· girov predmetinə, girov əməliyyatlarına bələd olma;

· rus dilini bilmək.

Problemli kreditlər şöbəsi: aparıcı mütəxəssis

Vəzifələri:

· kredit riskli məhsullar üzrə problemli borcla iş üzrə standartların və qaydaların hazırlanması;

· borcun məhkəməyə müraciət etmədən tələb edilməsi, problemli və potensial problemli borcun yığımının təşkili;

· Bankın problemli kreditlərinin uçotu və təhlili.

Tələblər:

· ali təhsilin olması;

· bank sektorunda problemli kreditlərlə və ya orqanlarda iş stajı;

· Azərbaycan Respublikasının bank qanunvericiliyinə bələd olma;

· rus dilini bilmək.

Biznes proseslərin optimallaşdırılması şöbəsinin müdiri /aparıcı mütəxəssis

Vəzifələri:

· statistik analiz və məlumat massivlərinin işlənməsi;

· biznes proseslərin işlənilməsi;

· hesabatlığın işlənilməsi və formalaşdırılması;

· Oracle və MySQL məlumat bazaları ilə iş;

· skorinq katlarının işlənib hazırlanması;

· proqnoz modellərinin qurulması.

Tələblər:

· “İqtisadi kibernetika”, “Tətbiqi riyaziyayt”, “Sistem analizi” ixtisasları üzrə ali təhsil;

· Excel, VBA, SQL proqramlarında işləmə bacarığı;

· proqramlaşdırma dillərinə bələd olma (Java, C++ etc.);

· Oracle və ya MySQL məlumat bazaları ilə iş;

· aşağıdakı sahələrdə mükəmməl biliklərə sahib olma: riyazi analiz, diskret riyaziyyat, ehtimal nəzəriyyəsi, tətbiqi statistika, neyron şəbəkələri, proqnozlaşdırma;

· rus dilini bilmək.

Kreditlərinadministrasiyası şöbəsi: mütəxəssis/aparıcı mütəxəssis

Vəzifələri:

· kreditlər verilərkən kredit-təminat sənədlərinin Bankın daxili prosedurlarına uyğun olaraq rəsmiləşdirilməsi;

· girovların etibarlı surətdə rəsmiləşdirilməsi məqsədilə müvafiq dövlət orqanlarına məktubların hazırlanması;

· sığorta polislərinin hazırlanması və sığorta şirkətləri ilə qarşılıqlı əlaqə;

· Bankın müştərilərinin kredit dosyelərinin formalaşdırılması və aparılması;

· Bankın daxili prosedurlarına uyğun olaraq kredit sənədlərinin arxivləşdirilməsi;

· Kreditlər və gecikdirilmiş kredit borcları üzrə tranzaksiyaların (ödəniş cədvəllərinə uyğun olaraq) yerinə yetirilməsinə gündəlik nəzarətin həyata keçirilməsi;

· müvafiq hesabatların hazırlanması.

Tələblər:

ali təhsilin olması (iqtisadi təhsilə üstünlük verilir);

bank sektorunda kreditlərin idarəedilməsi sahəsində 1 ildən az olmayan iş stajı;

rus dilini bilmək (orta səviyyə).

Risklərin analizi və metodologiya və hesabatlıq şöbəsi: mütəxəssis/aparıcı mütəxəssis

Vəzifələri:

· məlumat massivlərinin statistik analizi və emalı;

· biznes proseslərinin işlənib hazırlanması;

· hesabatlığın işlənilməsi və formalaşdırılması;

· Oracle və MySQL məlumat bazası ilə işləmə bacarığı;

· skorinq kartlarının işlənib hazırlanması;

· proqnoz modellərinin qurulması;

· analitik hesabatlığın, ümumi cədvəllərin tərtibi.

Tələblər:

· “İqtisadi kibernetika”, “Tətbiqi riyaziyayt”, “Sistem analizi” ixtisasları üzrə ali təhsil;

· Excel, VBA, SQL proqramları sahəsində biliklər;

· rus dilini bilmək.

Rezume hr@vtb.az electron ünvanına göndərilə bilər.