Elan




Müştərilərin nəzərinə! 

Hörmətli müştəri!

Bank VTB (Azərbaycan)-ın kollektivi Sizi Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir!

Bayram günləri ilə əlaqədar 23-30 may 2020-ci il tarixlərində Bankın ofisləri çalışmayacaq.

Nəzərinizə çatdırırıq ki, göstərilən xidmətin keyfiyyətini artırmaq  məqsədilə 23-30 may 2020-ci il tarixlərində bank sistemlərinin planlı şəkildə yenilənməsi həyata keçiriləcək. Bu səbəbdən, qeyd olunan tarixlərdə  bankın onlayn xidmət kanallarında müəyyən əməliyyatları həyata keçirmək mümkün olmayacaq.  

Müvəqqəti narahatlığa görə Sizdən üzr istəyirik. Sistemin yenilənməsindən sonra Sizə təkmilləşdirilmiş xidmətlər təqdim olunacaq.

Bankla əlaqə saxlamaq üçün 986 nömrəli Çağrı mərkəzinə müraciət edə bilərsiniz.

Bayram günlərində Çağrı mərkəzi 23, 26-30 may tarixlərində Sizin xidmətinizdədir: 10.00-16.00

Bankın filialları müştərilərə 31 may 2020-ci il tarixindən xidmət göstərməyə başlayacaq. 


Banka getmədən onlayn növbə sifarişi vaxta qənaət etməyə imkan verəcək 


online-novbe.jpg

Xüsusi karantin rejimi şəraitində bankın filiallarına gəlmək zərurəti yarandıqda VTB (Azərbaycan) müştərilərinə onlayn növbə sifarişi xidmətindən istifadə etməyi təklif edir. Bu xidmət filiala gəlməyin qabaqcadan qeydiyyatını nəzərdə tutur. Bu, müştərilərə bankda növbə gözləməmək və vaxtlarına qənaət etməyə imkan verəcək. Növbə sifariş etmək üçün müştərilər bankın saytında linkdən  qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı müştəriyə filialı və bankda istifadə etməyi planlaşdırdığı xidməti seçmək imkanı verilir.

Rezervasiya təsdiqləndikdən sonra müştərinin elektron ünvanına bron haqqında, o cümlədən  xüsusi unikal kod qeyd olunduğu məlumat daxil olur. Bu kodu növbə təyin olunmuş vaxtdan 15 dəqiqədən gec olmayaraq bankın filialında növbə terminalına daxil etmək lazımdır. Kodu daxil etdikdə müştəri bankdakı xidmətdən növbədənkənar istifadəni nəzərdə tutan nömrə alır.

Bank müştərilərə yalnız zəruri hallarda filiallara gəlməyi tövsiyə edir. Filiallara ziyarəti minimuma endirmək və müştərilərin rahatlığını təmin etmək üçün VTB (Azərbaycan) distant kanallardan – Facebook messencerindəki Direct  rəqəmsal bankı, eləcə də VTB Online İnternet/Mobil bankdan istifadə etməyə çağırır.

Müştərilərin nəzərinə!

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında müvafiq hesablar açılmışdır. Bu hesablara həyata keçirilən ödənişlərin kütləviliyini və intensivliyini, ayrı-ayrı fiziki və hüquqi şəxslərin müraciətlərini, habelə ölkədə məhdudlaşdırılmış iş rejiminin tətbiqi məsələlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin hesablara vəsaitlərin köçürülməsi imkanlarının və üsullarının genişləndirilməsi və asanlaşdırılması məqsədilə “Hökumət Ödəniş Portalı”nda xüsusi funksionallıq yaradılmışdır.

Təşəbbüsə qoşulmaq istəyən hər kəs - istənilən fiziki və hüquqi şəxslər, ölkədə fəaliyyət göstərən banklar, milli operatoru olan Azərpoçt MMC və onların filial və şöbələri vasitəsilə istər nağd formada istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən https://gpp.az/kmdf linki üzərindən və mobil əlavəsindən (Android və IOS platformalar) istifadə etməklə 24/7 rejimində həmin hesablara vəsaitləri köçürə bilər.